Bakı. 29 oktyabr. REPORT.AZ/ Əfqanıstan paytaxtı Kabildə seçki komissiyasının ofisində partlayış törədilib.
“Report” “TOLO News” istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb.
Partlayışın məsuliyyətini hələlik heç bir qruplaşma üzərinə götürməyib.
Qeyd edək ki, oktyabrın 20-da Əfqanıstanda parlament seçkiləri keçirilib.