Yuxarı

Əfqanıstanda partlayış olub, 10 nəfər ölüb, 25-i yaralanıb

Əfqanıstanda partlayış olub, 10 nəfər ölüb, 25-i yaralanıb

Bakı. 2 oktyabr. REPORT.AZ/ Əfqanıstanda seçkiqabağı təbliğat kampaniyası zamanı parlament üzvlüyünə namizədlərin görüşündə törədilən partlayış nəticəsində 10 nəfər ölüb, 25 nəfər yaralanıb.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, hadisə Nanqarhar əyalətində Xalqın Evinə (Əfqanıstanda Aşağı Palata) üzvlüyə namizəd Nasir Mohmond adlı siyasətçinin ofisində törədilib.

Bildirilib ki, bölgədəki partlayışın məsuliyyətini hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Xatırladaq ki, bu il oktyabrın 20-də Əfqanıstanda parlament, 2019-cu il aprelin 20-də isə prezident seçkiləri keçiriləcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi