İsrailin hərbi maşını Livanla sərhəddə atəşə tutulub

İsrailin hərbi maşını Livanla sərhəddə atəşə tutulub İnsident nəticəsində ölən və yaralanan olmayıb
Digər ölkələr
25 Yanvar , 2017 00:49
İsrailin hərbi maşını Livanla sərhəddə atəşə tutulub

Bakı. 25 yanvar. REPORT.AZ/ İsrailin hərbi gözətçi maşını Livan ilə sərhəddə avtomat silahlardan atəşə tutulub.

"Report" xəbər verir ki, bu barədə "Əl-Məyadin" telekanalı məlumat yayıb.

Hadisə Metulla şəhəri ərazisində qeydə alınıb. İsrail mənbələri atəşin Livan ərazisindən açıldığını xəbər verirlər. İnsident nəticəsində ölən və yaralanan olmayıb.

Son xəbərlər

Orphus sistemi