İsraildə qondarma "erməni soyqırımı"nın müzakirəsinin ləğvi səbəbi açıqlanıb

İsraildə qondarma "erməni soyqırımı"nın müzakirəsinin ləğvi səbəbi açıqlanıb Bakı. 27 iyun. REPORT.AZ/ İsrail parlamentində qondarma erməni soyqırımının tanınmasına dair müzakirənin ləğvi səbəbi məlum olub.
Digər ölkələr
27 İyun , 2018 03:37
İsraildə qondarma erməni soyqırımının müzakirəsinin ləğvi səbəbi açıqlanıb

Bakı. 27 iyun. REPORT.AZ/ İsrail parlamentində qondarma "erməni soyqırımı"nın tanınmasına dair müzakirənin ləğvi səbəbi məlum olub.

"Report"un RİA "Novosti"yə istinadən məlumatına görə, İsrail parlamentinin üzvü Tamar Zandberq bildirib ki, hakim koalisiya tərəfindən dəstəyin olmaması ilə əlaqədar qondarma "erməni soyqırımı"nın tanınması ilə bağlı səsvermə təklifini geri götürüb.

Qondarma soyqırımın tanınması ilə bağlı təşəbbüsün müzakirəsi Knessetin plenar iclasında çərşənbə axşamı baş tutmalı idi. Lakin indi qeyri-müəyyən müddətə təxirə salınıb.

"Ləngimə və vədlərə baxmayaraq, hökumət, koalisiya "erməni soyqırımı"nı tanımaqdan imtina edir. Baxmayaraq ki, Türkiyədə seçkilər artıq başa çatıb. Ona görə də mən ürək ağrısı ilə səsverməni ləğv etməyə məcburam", - deyə sol "Merets" partiyasının lideri sosial şəbəkələrdə yazıb.

Son xəbərlər

Orphus sistemi