​"İslam dövləti" qruplaşması girovların sərbəst buraxılması müqabilində 27 terrorçunun azad olunmasını tələb edir

​"İslam dövləti" qruplaşması girovların sərbəst buraxılması müqabilində 27 terrorçunun azad olunmasını tələb edir Qruplaşma İordaniya rəsmilərinə 27 nəfərin adı olan siyahını təqdim edib
Digər ölkələr
27 Yanvar , 2015 11:53
​İslam dövləti qruplaşması girovların sərbəst buraxılması müqabilində 27 terrorçunun azad olunmasını tələb edir

Bakı. 27 yanvar. REPORT.AZ/ "İslam dövləti" qruplaşması yaponiyalı jurnalist Kenzi Qotonun və ötən ilin sonlarında Suriya səmasında vurulan İordaniya HHQ təyyarəsinin pilotunun sərbəst buraxılması müqabilində İordaniya həbsxanalarında olan 27 terrorçunun azad olunmasını tələb edir.

"Report" İTAR-TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Yaponiyanın TBS telekanalı İordaniya hökumətindəki mənbəyinə istinadən məlumat yayıb.

Məlumata görə, qruplaşma İordaniya rəsmilərinə 27 nəfərin adı olan siyahını təqdim edib. Onlardan bir çoxu terrorizmdə təqsirli bilinərək ölüm hökmünə məhkum olunub. 

Son xəbərlər

Orphus sistemi