Yuxarı

​"İslam dövləti" qruplaşması girovların sərbəst buraxılması müqabilində 27 terrorçunun azad olunmasını tələb edir

Qruplaşma İordaniya rəsmilərinə 27 nəfərin adı olan siyahını təqdim edib

Bakı. 27 yanvar. REPORT.AZ/ "İslam dövləti" qruplaşması yaponiyalı jurnalist Kenzi Qotonun və ötən ilin sonlarında Suriya səmasında vurulan İordaniya HHQ təyyarəsinin pilotunun sərbəst buraxılması müqabilində İordaniya həbsxanalarında olan 27 terrorçunun azad olunmasını tələb edir.

"Report" İTAR-TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Yaponiyanın TBS telekanalı İordaniya hökumətindəki mənbəyinə istinadən məlumat yayıb.

Məlumata görə, qruplaşma İordaniya rəsmilərinə 27 nəfərin adı olan siyahını təqdim edib. Onlardan bir çoxu terrorizmdə təqsirli bilinərək ölüm hökmünə məhkum olunub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi