İŞİD-in Bağdad ətrafına hücumu nəticəsində 7 nəfər ölüb

İŞİD-in Bağdad ətrafına hücumu nəticəsində 7 nəfər ölüb Yaraqlılar daha 9 dinc sakinin yaralanmasına səbəb olublar
Digər ölkələr
2 May , 2018 02:58
İŞİD-in Bağdad ətrafına hücumu nəticəsində 7 nəfər ölüb

Bakı. 2 may. REPORT.AZ/ Çərşənbə axşamı İŞİD terror qruplaşması yaraqlılarının Bağdad ətrafına hücumları nəticəsində azı 7 nəfər ölüb, daha 9-u isə yaralanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı məlumat yayıb.

Bildirilir ki, silahlı hücum İraq paytaxtının şimalında yerləşən Ət-Tarmii kəndində törədilib. Yaşayış məntəqəsi bir neçə gün əvvəl güc strukturları əməkdaşları ilə silahlı toqquşmadan sonra ekstremistlərin nəzarətinə keçib.

Hazırda ölənlərin sayı barədə məlumat ilkin xarakter daşıyır. Kanalın ordudakı mənbələrə istinadən yaydığı məlumata görə, yaraqlıların hücumu nəticəsində çoxlu sayda dinc sakin həlak olub.

Son xəbərlər

Orphus sistemi