Yuxarı

Cakartada toqquşmalar zamanı 6 nəfər ölüb, 200 yaralı var - VİDEO - YENİLƏNİB

​İndoneziyada etirazçılara qarşı gözyaşardıcı qaz tətbiq olunub

İndoneziyanın paytaxtı Cakartada nümayişçilərlə polis arasında baş verən qarşıdurmalar nəticəsində ən azı 6 nəfər ölüb, 200 nəfər yaralanıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü Cakartanın qubernatoru Anis Basvedana istinadən "Detik" portalı məlumat yayıb.

"Hazırda 6 nəfərin öldüyü məlumdur, 200-dən çox yaralı paytaxt xəstəxanalarına yerləşdirilib", - deyə şəhər rəisi bildirib.


***05:44

Çərşənbə günü səhər tezdən İndoneziyanın paytaxtı Cakartanın mərkəzi rayonunda Seçkiləri Müşahidə Agentliyinin binası qarşısında bir neçə yüz etirazçının dağıdılması üçün polis gözyaşardıcı qaz tətbiq edib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli "Jakarta Globe" nəşri yazıb.

İndoneziya Mərkəzi Seçki Komissiyası bazar ertəsi axşam seçkidən sonra toplanan səslərin sayılması prosesini yekunlaşdırıb. Hazırkı prezident Joko Vidodo 55,5% səs toplayaraq qələbə qazanıb. Onun rəqibi Prabovo Subiantonu seçicilərin 44,5% -i dəstəkləyib.

Etirazçılar seçkinin nəticələrini qəbul etməyən Subianto və vitse-prezident Sandiaqa Unonun tərəfdarlarıdırlar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi