Beynəlxalq Atom Enerjisi Agentliyinin (İAEA) baş direktoru Yukia Amano 2020-ci ilin mart ayında, yəni vaxtından əvvəl istefa vermək niyyətindədir.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, o, bu addımı səhhətində yaranmış problemlərlə əlaqələndirib.
Qeyd edək ki, 2009-cu ilin dekabr ayından İAEA-ya rəhbərlik edən 72 yaşlı yaponiyalı diplomat 2017-ci ilin sentyabr ayında üçüncü dəfə dörd il müddətinə bu vəzifəyə seçilmişdi. Onun həmin vəzifədəki müddəti 2021-ci ilin 30 noyabr tarixində başa çatır.