İAEA-nın baş direktoru istefa vermək niyyətindədir

İAEA-nın baş direktoru istefa vermək niyyətindədir Beynəlxalq Atom Enerjisi Agentliyinin (İAEA) baş direktoru Yukia Amano 2020-ci ilin mart ayında, yəni vaxtından əvvəl istefa vermək niyyətindədir.
Digər ölkələr
17 İyul , 2019 17:33
İAEA-nın baş direktoru istefa vermək niyyətindədir

Beynəlxalq Atom Enerjisi Agentliyinin (İAEA) baş direktoru Yukia Amano 2020-ci ilin mart ayında, yəni vaxtından əvvəl istefa vermək niyyətindədir.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, o, bu addımı səhhətində yaranmış problemlərlə əlaqələndirib.

Qeyd edək ki, 2009-cu ilin dekabr ayından İAEA-ya rəhbərlik edən 72 yaşlı yaponiyalı diplomat 2017-ci ilin sentyabr ayında üçüncü dəfə dörd il müddətinə bu vəzifəyə seçilmişdi. Onun həmin vəzifədəki müddəti 2021-ci ilin 30 noyabr tarixində başa çatır.

Son xəbərlər

Orphus sistemi