Yuxarı

Hindistanda terror hücumu nəticəsində 5 polis ölüb - VİDEO

​Hindistanda terror hücumu nəticəsində 5 polis ölüb

Hindistanın Cammu və Kəşmir ştatında mərkəzi ehtiyat polis patrul qüvvələrinə yaraqlıların silahlı hücümu nəticəsində 5 qanun keşikçisi ölüb, daha 3-ü yaralanıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "India Today" nəşri yazıb.

Bildirilir ki, hadisə Anantnaq dairəsində baş verib. Terrorçular hücum zamanı avtomat silahlardan atəş açıblar və polislərə qumbara atıblar.

Nəticədə polis müfəttişi də yaralanıb. Yaraqlılardan birini zərərsizləşdirmək mümkün olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi