Yuxarı

Hindistanda alkoqoldan ölənlərin sayı 98 nəfərə çatıb

Bakı. 24 fevral. REPORT.AZ/ Hindistanın şimal-şərqində keyfiyyətsiz alkoqoldan zəhərlənərək ölənlərin sayı 98 nəfərə çatıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Agence France-Presse" (AFP) agentliyi bildirib.

Məlumatla görə, hadisə zamanı azı 200 nəfər xəstəxanalara çatdırılıb. Qeyd edilir ki, ölənlər arasında qadınların sayı çoxdur. Həlak olanlar əsasən Assam ştatının çay tarlalarının işçiləridir. Zərər çəkənlər tərkibində metanol olan mayedən istifadə ediblər. Hadisə ilə bağlı alkoqolu istehsal edən müəssisənin sahibi və daha dörd nəfər saxlanılıb.

Daha əvvəl zəhərlənmə zamanı 89 nəfərin öldüyü, 50 nəfərin xəstəxanaya yerləşdirildiyi bildirilirdi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi