Hindistanda alkoqoldan ölənlərin sayı 98 nəfərə çatıb

Hindistanda alkoqoldan ölənlərin sayı 98 nəfərə çatıb Bakı. 24 fevral. REPORT.AZ/ Hindistanın şimal-şərqində keyfiyyətsiz alkoqoldan zəhərlənərək ölənlərin sayı 98 nəfərə çatıb.
Digər ölkələr
24 Fevral , 2019 06:51
Hindistanda alkoqoldan ölənlərin sayı 98 nəfərə çatıb

Bakı. 24 fevral. REPORT.AZ/ Hindistanın şimal-şərqində keyfiyyətsiz alkoqoldan zəhərlənərək ölənlərin sayı 98 nəfərə çatıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Agence France-Presse" (AFP) agentliyi bildirib.

Məlumatla görə, hadisə zamanı azı 200 nəfər xəstəxanalara çatdırılıb. Qeyd edilir ki, ölənlər arasında qadınların sayı çoxdur. Həlak olanlar əsasən Assam ştatının çay tarlalarının işçiləridir. Zərər çəkənlər tərkibində metanol olan mayedən istifadə ediblər. Hadisə ilə bağlı alkoqolu istehsal edən müəssisənin sahibi və daha dörd nəfər saxlanılıb.

Daha əvvəl zəhərlənmə zamanı 89 nəfərin öldüyü, 50 nəfərin xəstəxanaya yerləşdirildiyi bildirilirdi.

Son xəbərlər

Orphus sistemi