Hindistanda spirtli içkidən ölənlərin sayı 50 nəfərə çatıb

Hindistanda spirtli içkidən ölənlərin sayı 50 nəfərə çatıb Bakı. 23 fevral. REPORT.AZ/ Hindistanın şimal-şərqində keyfiyyətsiz spirtli içkidən zəhərlənmə nəticəsində azı 50 nəfər həyatını itirib.
Digər ölkələr
23 Fevral , 2019 06:53
Hindistanda spirtli içkidən ölənlərin sayı 50 nəfərə çatıb

Bakı. 23 fevral. REPORT.AZ/ Hindistanın şimal-şərqində keyfiyyətsiz spirtli içkidən zəhərlənmə nəticəsində azı 50 nəfər həyatını itirib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü yerli polis nümayəndəsinə istinadən "Associated Press" məlumat yayıb.

Bildirilir ki, daha 50 nəfərə yaxın şəxs zəhərlənərək xəstəxanaya yerləşdirilib.

Polisin məlumatına görə, zəhərlənənlər əsasən Assam ştatındakı çay plantasiyalarının işçiləri olublar. Onlar tərkibində metanol olan keyfiyyətsiz likyor qəbul ediblər. İşçilər maaş almaqlarını qeyd edirlərmiş.

Spirtli içkini hazırlayan müəssisə sahibi və daha 4 nəfər saxlanılıb.

Son xəbərlər

Orphus sistemi