Yuxarı

Hindistanda 400 mindən çox insan daşqın zonasında qalıb

​Hindistanda 400 mindən çox insan daşqın zonasında qalıb

Hindistanın şimal-şərqindəki Assam ştatında ötən həftənin sonundan davam edən leysan yağışına görə 400 mindən çox insan daşqın zonasında qalıb.

Bu barədə "Report" RİA "Novosti"yə xəbər verir.

Daşqın ümumilikdə 749 kəndə təsir edib, 17 min hektar əkinə yararlı torpaq sahəsi su altında qalıb. Aramsız yağışdan dolayı çaylarda suyun səviyyəsi rekord həddə yaxınlaşıb.

Sinoptiklər leysanın Assamda azı iki gün də davam edəcəyini bildiriblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi