Hindistanda 400 mindən çox insan daşqın zonasında qalıb

Hindistanda 400 mindən çox insan daşqın zonasında qalıb Hindistanın şimal-şərqindəki Assam ştatında ötən həftənin sonundan davam edən leysan yağışına görə 400 mindən çox insan daşqın zonasında qalıb.
Digər ölkələr
12 İyul , 2019 10:52
Hindistanda 400 mindən çox insan daşqın zonasında qalıb

Hindistanın şimal-şərqindəki Assam ştatında ötən həftənin sonundan davam edən leysan yağışına görə 400 mindən çox insan daşqın zonasında qalıb.

Bu barədə "Report" RİA "Novosti"yə xəbər verir.

Daşqın ümumilikdə 749 kəndə təsir edib, 17 min hektar əkinə yararlı torpaq sahəsi su altında qalıb. Aramsız yağışdan dolayı çaylarda suyun səviyyəsi rekord həddə yaxınlaşıb.

Sinoptiklər leysanın Assamda azı iki gün də davam edəcəyini bildiriblər.

Son xəbərlər

Orphus sistemi