Havay adalarında səhvən ballistik raket həyəcanı elan olunub

Havay adalarında səhvən ballistik raket həyəcanı elan olunub İnsanlara "təcili sığınacaq tapmaq" təklif edilib
Digər ölkələr
13 Yanvar , 2018 23:59
Havay adalarında səhvən ballistik raket həyəcanı elan olunub

Bakı. 13 yanvar. REPORT.AZ/ Havay adaları sakinlərinin mobil telefonlarına ballistik raket hücumu təhlükəsi barədə xəbərdarlıq göndərilib. Sonradan məlum olub ki, həyəcan yalandır.

"Report" "Bloomberg"ə istinadən xəbər verir ki, məlumat səhvən yayılıb.

Həyəcan mətnində insanlara "təcili sığınacaq tapmaq" təklif olunub. Bir müddətdən sonra ştat rəhbərliyi həyəcanın səhvən göndərildiyini məlumat verib.

Son xəbərlər

Orphus sistemi