Yuxarı

Kolumbiyada kanat yolunda qəza olub, onlarla xəsarət alan var - FOTO - VİDEO

Hadisə zamanı ümumilikdə 25 nəfər xəsarət alıb

Bakı. 25 dekabr. REPORT.AZ/ Kolumbiyada kanat yolunda qəza olub.

Bu barədə "Report" "El Tiempo" qəzetinə istinadən xəbər verir.

Məlumata görə, qəza paytaxt Boqotada qeydə alınıb. Kanat yolunun kabinəsi (köşk) hasar baryerinə çırpılaraq parçalanıb. Qəza zamanı 20 nəfər xəsarət alıb. Hadisə zamanı həmçinin qarşıdan gələn digər kabinədəki 5 nəfər də xəsarət alıb.

Qəzanın səbəbləri aydınlaşdırılır.

Qeyd edək ki, daha əvvəl Kolumbiyada bayram mərasimində qumbara partladılıb. Hadisə nəticəsində azı 29 nəfər yaralanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi