Kolumbiyada kanat yolunda qəza olub, onlarla xəsarət alan var - FOTO - VİDEO

Kolumbiyada kanat yolunda qəza olub, onlarla xəsarət alan var - FOTO - VİDEO Bakı. 25 dekabr. REPORT.AZ/ Kolumbiyada kanat yolunda qəza olub.
Digər ölkələr
25 Dekabr , 2018 07:28
Kolumbiyada kanat yolunda qəza olub, onlarla xəsarət alan var - FOTO - VİDEO

Bakı. 25 dekabr. REPORT.AZ/ Kolumbiyada kanat yolunda qəza olub.

Bu barədə "Report" "El Tiempo" qəzetinə istinadən xəbər verir.

Məlumata görə, qəza paytaxt Boqotada qeydə alınıb. Kanat yolunun kabinəsi (köşk) hasar baryerinə çırpılaraq parçalanıb. Qəza zamanı 20 nəfər xəsarət alıb. Hadisə zamanı həmçinin qarşıdan gələn digər kabinədəki 5 nəfər də xəsarət alıb.

Qəzanın səbəbləri aydınlaşdırılır.

Qeyd edək ki, daha əvvəl Kolumbiyada bayram mərasimində qumbara partladılıb. Hadisə nəticəsində azı 29 nəfər yaralanıb.

Son xəbərlər

Orphus sistemi