Kolumbiyada bayram mərasimində qumbara partladılıb, onlarla yaralı var

Kolumbiyada bayram mərasimində qumbara partladılıb, onlarla yaralı var Bakı. 25 dekabr. REPORT.AZ/ Kolumbiyada bayram mərasimində qumbara partladılıb.
Digər ölkələr
25 Dekabr , 2018 00:15
Kolumbiyada bayram mərasimində qumbara partladılıb, onlarla yaralı var

Bakı. 25 dekabr. REPORT.AZ/ Kolumbiyada bayram mərasimində qumbara partladılıb.

"Report" xəbər verir ki, bu barədə "El Tiempo" nəşri xəbər verib.

Xəbərdə bildirilir ki, hadisə El-Baqr şəhərindəki barlardan birində baş verib. Məlumata görə, qumbara çoxlu sayda gəncin bara toplanması zamanı partladılıb. Hadisə nəticəsində azı 29 nəfər yaralanıb.

İlkin məlumata görə, hadisə şəhərin kriminal qruplaşmalarının qarşıdurması ilə əlaqədar ola bilər. Hadisənin digər təfərrüatları açıqlanmır. 

Daha əvvəl Kolumbiyanın cənub-qərbində yerləşən Putumayo departamentində neft kəmərinin bir hissəsi naməlum şəxslər tərəfindən partladılıb.

Son xəbərlər

Orphus sistemi