Yuxarı

Finlandiyada dünyanın ən gənc baş naziri vəzifəsinin icrasına başlayıb

Finlandiyda dünyanın ən gənc baş naziri iş başına gəlir

Finlandiyada şənbə günü Sosial Demokrat Partiyasının sədri seçilən 34 yaşlı Sanna Marin solçu hökumət koalisiyasının rəhbəri olub.

“Report” FT-yə istinadən xəbər verir ki, hazırda nəqliyyat naziri olan S.Marin parlament tərəfindən baş nazir kürsüsünə təsdiqləndikdən sonra ölkəsinin tarixində də ən gənc hökumət başçısı olacaq.

Qeyd olunur ki, koalisiyadakı qalan dörd partiyanın da rəhbərləri qadındır. Onlardan üç nəfəri də 30-la 40 yaş arasındadır ki, bu da Finlandiya üçün görünməmiş hal sayılır.

Əvvəlki baş nazir Antti Rinne poçt işçilərinin tətili zamanı mövqeyinə görə hökumətdə baş qaldıran ziddiyyətlər üzündən çərşənbə günü istefaya getmişdi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi