Yuxarı

Pakistan və İrana silah satan ən böyük tacirlərdən biri yaxalanıb - FOTO

Ən böyük silah tacirlərindən biri Portuqaliyada yaxalanıb

Dünyanın ən böyük silah alverçilərindən biri Jak Mesye Belçika, Portuqaliya və Fransanın hüquq-mühafizə orqanlarının birgə əməliyyatı zamanı Portuqaliyanın Evora şəhərində yaxalanıb.

Bu barədə "Report" "Le Soir" qəzetinə istinadən xəbər verir.

Qeyd edilir ki, silah alverçisi Belçika məhəkəməsindən qaçaraq Portuqaliyada gizlənib. Onu Belçika məhkəməsinin sorğusu, beynəlxalq həbs orderi əsasında saxlayıblar.

Belçikada "Marşal" və ya "Lis" ləqəbləri ilə məşhur olan Jak Mesye daha əvvəl avtomat silahların, zirehli texnikanın, vertolyotların və münaqişələrdə istifadə edilən digər silahların, həmçinin Liviyaya, Çada, Pakistana və İrana silahların tədarükünə görə 4 il azadlıqdan məhrum edilib. O, hökmün çıxarılmasından sonra Portuqaliyada gizlənib.

Belçika barəsində ittiham hökmü çıxardığı Mesyenin təhvil verilməsini tələb edir. Bu gün, avqustun 16-da, silah taciri Portuqaliyada məhkəmə qarşısına çıxarılacaq.

Jak Mesye təxminən on il əvvəl ABŞ-da və Fransada analoji cinayətlərə görə ittiham edilib. Lakin o, son 35 il ərzində heç bir silahlı konfliktdə iştirak etməyib. Jak Mesye 1980-ci illərdə İraqa qarşı müharibə zamanı İranı silahla təchiz edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi