Yuxarı

Əfqanıstanda zorakılığa qarşı razılaşma qüvvəyə minir

Əfqanıstanda zorakılığa qarşı razılaşma qüvvəyə minir

50

Əfqanıstan Milli Təhlükəsizlik Şurası (NSC) bu gecə saat 12-dən etibarən ölkədə yeddi gün müddətinə zorakılığın azaldılmasına dair planı təsdiq edib.

“Report” “ToloNews”a istinadən xəbər verir ki, bu barədə NSC sözçüsü Cavid Fəysal bildirib.

O deyib: “Bunu icra etmək üçün Əfqanıstan hərbi qüvvələrinə lazımi təlimatlar verilib. Şənbə günü saat 12-dən başlayacaq. “Taliban”ın da zorakılığı azaltmağa dair öhdəliyini yerinə yetirəcəyinə inanırıq”.

Xatırladaq ki, ötən gün “Taliban” hərəkatı ilə ABŞ hökuməti arasında qarşıdakı gecədən etibarən zorakılıq səviyyəsini azaltmağa dair ilkin razılığa gəliblər. Bu razılaşma sülh sazişi yolunda ilk addım olaraq dəyərləndirilir.

Mənbələrin fikrincə qarşıdakı yeddi gün ərzində “Taliban” xeyli səngitməklə şəhərlərdə, magistral yollarda, habelə ABŞ bazalarına və Əfqanıstan milli müdafiə və təhlükəsizlik qüvvələri (ANDSF) qərargahlarına hücumlarını dayandıracaq. Eyni zamanda ANDSF də hücum xarakterli əməıliyyatlarını təxirə salacaq. NATO-nun “Qətiyyətli Dəstək” missiyası isə yalnız Əfqanıstan qüvvələri hücuma məruz qalacağı təqdirdə onlara kömək edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi