Yuxarı

Əfqanıstanda universitet yaxınlığında partlayış törədilib, 14 nəfər ölüb, 17 nəfər yaralanıb

Əfqanıstanda universitet yaxınlığında partlayış törədilib, 14 nəfər ölüb, 17 nəfər yaralanıb
© Rahmat Gul/AP

Bakı. 4 iyun. REPORT.AZ/ Əfqanıstanın paytaxtı Kabulda Politexnik Universitetinin binası yaxılığında törədilən terror aktı nəticəsində 14 nəfər ölüb, 17 nəfər yaralanıb.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli polis idarəsindən bildirilib.

Məlumata görə, partlayıcı qurğunu terrorçu-kamikadze işə salıb.

Qeyd edək ki, bir müddət əvvəl partlayışın ölkənin tanınmış din xadimlərindən birinin universitet binasını tərk etdiyi zaman baş verdiyi bildirilmişdi. Həmin din xadimi universitetdəki çıxşında Əfqanıstandakı münaqişəni pisləyən fətva vermişdi.

Partlayışın məsuliyyətinin hələlik heç bir qruplaşma üzərinə götürməyb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi