Əfqanıstanda taliblərin hücumu nəticəsində 15 təhlükəsizlik əməkdaşı ölüb, 26-sı yaralanıb

Əfqanıstanda taliblərin hücumu nəticəsində 15 təhlükəsizlik əməkdaşı ölüb, 26-sı yaralanıb Bakı. 8 oktyabr. REPORT.AZ/ Əfqanıstanın şimalındakı Couzcan əyalətinin Qoşa Təpə bölgəsində taliblərin hücumu nəticəsində azı 15 nəfər təhlükəsizlik əməkdaşı ölüb, 26 nəfər yaralanıb.
Digər ölkələr
8 Oktyabr , 2018 20:22
Əfqanıstanda taliblərin hücumu nəticəsində 15 təhlükəsizlik əməkdaşı ölüb, 26-sı yaralanıb

Bakı. 8 oktyabr. REPORT.AZ/ Əfqanıstanın şimalındakı Couzcan əyalətinin Qoşa Təpə bölgəsində taliblərin hücumu nəticəsində azı 15 nəfər təhlükəsizlik əməkdaşı ölüb, 26 nəfər yaralanıb.

“Report” “Tolo News” telekanalına istinadən xəbər verir ki, ötən gecə taliblər təhlükəsizlik qüvvələrinin bir neçə nəzarət postuna hücum edərək ikisini ələ keçiriblər. 

Eyni zamanda tərəflər arasında toqquşmalar zamanı Taliban hərəkatının 30 nəfər üzvü öldürülüb, 19 nəfər isə yaralanıb. 

Döyüşlər davam edir.

Qeyd edək ki, dünən - oktyabrın 7-də Əfqanıstanda gün ərzində 57 silahlı zərərsizləşdirilib.

Son xəbərlər

Orphus sistemi