​Əfqanıstanda avtobus qəzası nəticəsində 43 nəfər ölüb

​Əfqanıstanda avtobus qəzası nəticəsində 43 nəfər ölüb Yük avtomobili ilə toqquşması nəticəsində avtobus dərəyə yuvarlanıb
Digər ölkələr
25 Dekabr , 2015 15:10
​Əfqanıstanda avtobus qəzası nəticəsində 43 nəfər ölüb

Bakı. 25 dekabr. REPORT.AZ/ Əfqanıstanda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində 43 nəfər həyatını itirib, bir neçə sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

"Report "France Presse"yə istinadən xəbər verir ki, bunu ölkənin Müdafiə Nazirliyindən bildiriblər.

Məlumata görə, avtobus Əfqanıstan paytaxtı Kabuldan Məzari-Şərif şəhərinə hərəkət edirmiş. Avtobusda 50 sərnişin olub.

Xəbərdə bildirilib ki, yük avtomobili ilə toqquşması nəticəsində avtobus dərəyə yuvarlanıb.

Son xəbərlər

Orphus sistemi