Bakı. 21 may. REPORT.AZ/ Əfqanıstanın Uruzqan əyalətinin cənubunda naməlum şəxslərin silahlı hücumu nəticəsində azı 6 polis əməkdaşı həyatını itirib.
"Report" xəbər verir ki, bu haqda Əfqanıstanın "Khaama Press" agentliyi məlumat yayıb.
"Taliban" hərəkatı baş verən hadisəyə münasibət bildirməyib.
Qeyd edək ki, iki gün əvvəl oxşar hadisə ölkənin Zabul rayonunda baş verib.