Dünya Bankı Ukraynaya 2 mlrd. dollar ayıracaq

Dünya Bankı Ukraynaya 2 mlrd. dollar ayıracaq Yardım əhalinin yoxsul təbəqəsinin müdafiəsinə və vacib islahatların dəstəklənməsinə yönəldiləcək
Digər ölkələr
14 Fevral , 2015 11:07
Dünya Bankı Ukraynaya 2 mlrd. dollar ayıracaq

Bakı. 14 fevral. REPORT.AZ/ Dünya Bankı 2015-ci ildə müxtəlif maliyyə ayırmaları vasitəsilə Ukraynaya 2 mlrd dollar vəsait yönəltmək niyyətində olduğunu bildirib. "Report" xəbər verir ki, bu yardım əhalinin yoxsul təbəqəsinin müdafiəsinə, əsasən qaz və bank sahələrində ən vacib islahatların dəstəklənməsinə, eləcə də korrupsiya ilə mübarizə və biznesin idarəolunma sisteminin və şərtlərinin yaxşılaşdırılmasına yönəldiləcək.

Dünya Bankının rəhbəri Cim En Kim Minskdəki yeni razılaşmaların və Kiyevin Beynəlxalq Valyuta Fondu ilə müqaviləsinin Ukrayna xalqının maraqlarına uyğun olan sabit iqtisadi inkişafa yol açacağına ümidvar olduğunu bildirib. 

Son xəbərlər

Orphus sistemi