Yuxarı
    Bağlamaq

    Dünya Bankı Ukraynaya 2 mlrd. dollar ayıracaq

    Yardım əhalinin yoxsul təbəqəsinin müdafiəsinə və vacib islahatların dəstəklənməsinə yönəldiləcək

    Bakı. 14 fevral. REPORT.AZ/ Dünya Bankı 2015-ci ildə müxtəlif maliyyə ayırmaları vasitəsilə Ukraynaya 2 mlrd dollar vəsait yönəltmək niyyətində olduğunu bildirib. "Report" xəbər verir ki, bu yardım əhalinin yoxsul təbəqəsinin müdafiəsinə, əsasən qaz və bank sahələrində ən vacib islahatların dəstəklənməsinə, eləcə də korrupsiya ilə mübarizə və biznesin idarəolunma sisteminin və şərtlərinin yaxşılaşdırılmasına yönəldiləcək.

    Dünya Bankının rəhbəri Cim En Kim Minskdəki yeni razılaşmaların və Kiyevin Beynəlxalq Valyuta Fondu ilə müqaviləsinin Ukrayna xalqının maraqlarına uyğun olan sabit iqtisadi inkişafa yol açacağına ümidvar olduğunu bildirib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi