Dövlət Departamenti: ABŞ beynəlxalq yardımı azaldacaq

Dövlət Departamenti: ABŞ beynəlxalq yardımı azaldacaq Büdcə layihəsinə əsasən, ABŞ Dövlət Departamentinin xərcləri təxminən 28% azaldılıb
Digər ölkələr
16 Mart , 2017 10:17
Dövlət Departamenti: ABŞ beynəlxalq yardımı azaldacaq

Bakı. 16 mart. REPORT.AZ/ ABŞ Dövlət Departamentinin diplomatik funksiyalarına yox, beynəlxalq yardım üçün xərcləri azaldacaq.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Ağ Evin İnzibati-Büdcə idarəsinin direktoru Mik Malveyni 2017-ci maliyyə ili üçün federal büdcə layihəsinin ilkin, təsdiqlənməmiş versiyasını təqdim edərkən bildirib.

"Dövlət Departamentinin xərclərinin kəskin şəkildə azalacağını görəcəksiniz", - deyə Malveyni vurğulayıb.

Onun sözlərinə görə, Donald Tramp administrasiyasının gələn il üçün təklif etdiyi büdcə Dövlət Departamentinin xərclərinin təxminən 28% azaldılmasını nəzərdə tutur.

"Prezident ölkə xaricində az, ölkə daxilində isə çox vəsait xərclənəcəyini bildirib. Başqa sözlə, bu siyasəti həyata keçirən zaman xarici yardım azalacaq", - o əlavə edib.

Ağ Ev nümayəndəsinin sözlərinə görə, D.Tramp heç bir halda Dövlət Departamentinin əsas funksiyalarına xərcləri azaltmaq niyyətində deyil.

Son xəbərlər

Orphus sistemi