Yuxarı

Donald Tramp Las-Veqasda baş verən insidentlə əlaqədar Puerto-Rikoya səfərini təxirə salıb

Donald Tramp Las-Veqasda baş verən insidentlə əlaqədar Puerto-Rikoya səfərini təxirə salıb
ABŞ prezidenti Las-Veqasda öldürülənlərin ailələrinə və yaxınlarına başsağlığı verib
© REUTERS/ Carlo Allegri

Bakı. 2 oktyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Las-Veqasda kazino yaxınlığında baş verən silahlı insidentlə əlaqədar Puerto-Rikoya səfərini təxirə salıb. 

Bu barədə "Report" "Guardian"a istinadən xəbər verir.

D.Tramp Las-Veqasda kazino yaxınlığında öldürülənlərin ailələrinə və yaxınlarına başsağlığı verib.

"Las-Veqasdakı dəhşətli atışma zamanı öldürülənlərin ailələrinə və yaxınlarına başsağlığı verirəm", - D.Tramp "Twitter"də yazıb.

Qeyd edək ki, Las-Veqasda festivala toplaşanların atəşə tutulması nəticəsində ölənlərin sayı 50-ni keçib, 200-dən çox adam yaralanıb. Əsas şübhəli şəxs olan 64 yaşlı Stiven Paddok şəhərin polis qüvvələri tərəfindən zərərsizləşdirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi