Donald Tramp Kaliforniyada baş verən zəlzələni şərh edib

Donald Tramp Kaliforniyada baş verən zəlzələni şərh edib ABŞ prezidenti Donald Tramp bildirib ki, Kaliforniyanın cənubu - daha əvvəl 6,4 maqnitudalı zəlzələnin baş verdiyi ərazi nəzarət altındadır.
Digər ölkələr
5 İyul , 2019 02:58
Donald Tramp Kaliforniyada baş verən zəlzələni şərh edib

ABŞ prezidenti Donald Tramp bildirib ki, Kaliforniyanın cənubu - daha əvvəl 6,4 maqnitudalı zəlzələnin baş verdiyi ərazi nəzarət altındadır.

“Report” xəbər verir ki, bu barədə ABŞ lideri özünün “Twitter” səhifəsində yazıb.

"Cənubi Kaliforniyada (baş vermiş -red) zəlzələ barədə ətraflı informasiya aldım. Hər şey təqdim edildiyi kimi, nəzarət altındadır", - deyə o, bildirib.

Daha əvvəl seysmoloqlar Kaliforniya ştatında 6,4 maqnitudalı zəlzələ qeydə alıblar. Zəlzələnin episentri Los-Ancelesdən 195 kilometr şimalda, Rickrest şəhəri yaxınlığında, zəlzələ ocağı isə 9 kilometr dərinlikdə yerləşib.

Son xəbərlər

Orphus sistemi