ABŞ prezidenti Donald Tramp bildirib ki, Kaliforniyanın cənubu - daha əvvəl 6,4 maqnitudalı zəlzələnin baş verdiyi ərazi nəzarət altındadır.
“Report” xəbər verir ki, bu barədə ABŞ lideri özünün
"Cənubi Kaliforniyada (baş vermiş -red) zəlzələ barədə ətraflı informasiya aldım. Hər şey təqdim edildiyi kimi, nəzarət altındadır", - deyə o, bildirib.
Daha əvvəl seysmoloqlar Kaliforniya ştatında 6,4 maqnitudalı zəlzələ qeydə alıblar. Zəlzələnin episentri Los-Ancelesdən 195 kilometr şimalda, Rickrest şəhəri yaxınlığında, zəlzələ ocağı isə 9 kilometr dərinlikdə yerləşib.