Burxqalter: "İrana qarşı tətbiq olunan sanksiyalar dərhal ləğv olunmalıdır"

Burxqalter: "İrana qarşı tətbiq olunan sanksiyalar dərhal ləğv olunmalıdır" İsveçrənin xarici işlər naziri İranın nüvə proqramı üzrə əldə edilən razılaşmanı şərh edib
Digər ölkələr
19 İyul , 2015 15:43
Burxqalter: İrana qarşı tətbiq olunan sanksiyalar dərhal ləğv olunmalıdır

Bakı. 19 iyul. REPORT.AZ/ İsveçrənin xarici işlər naziri Didye Burxqalter İrana qarşı tətbiq olunan beynəlxalq sanksiyaların dərhal ləğv olunmasını istəyir.

"Report"un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, İranın nüvə proqramı üzrə əldə edilən razılaşmanın əhəmiyyətindən danışan İsveçrəli nazir bildirib ki, onun ölkəsi yaxın vaxtlarda sanksiyaların ləğvi istiqamətində "müstəqil addım" atacaq.

Xatırladaq ki, İsveçrə İrana qarşı sanksiyalar siyasətinə 2007-ci ilik fevral ayında qoşulub. Lakin qadağaların bir qismi 2014-cü ildə rəsmi Bern tərəfindən ləğd olunmuşdu.

Son xəbərlər

Orphus sistemi