Yuxarı

Burxqalter: "İrana qarşı tətbiq olunan sanksiyalar dərhal ləğv olunmalıdır"

İsveçrənin xarici işlər naziri İranın nüvə proqramı üzrə əldə edilən razılaşmanı şərh edib

Bakı. 19 iyul. REPORT.AZ/ İsveçrənin xarici işlər naziri Didye Burxqalter İrana qarşı tətbiq olunan beynəlxalq sanksiyaların dərhal ləğv olunmasını istəyir.

"Report"un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, İranın nüvə proqramı üzrə əldə edilən razılaşmanın əhəmiyyətindən danışan İsveçrəli nazir bildirib ki, onun ölkəsi yaxın vaxtlarda sanksiyaların ləğvi istiqamətində "müstəqil addım" atacaq.

Xatırladaq ki, İsveçrə İrana qarşı sanksiyalar siyasətinə 2007-ci ilik fevral ayında qoşulub. Lakin qadağaların bir qismi 2014-cü ildə rəsmi Bern tərəfindən ləğd olunmuşdu.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi