Yuxarı

Devid Kemeron: İranın Suriya və Yəmənlə bağlı siyasətini dəyişməlidir

Devid Kemeron: İranın Suriya və Yəmənlə bağlı siyasətini dəyişməlidir
Böyük Britaniyanın baş naziri bildirib ki, ötən gün İran prezidenti Həsən Ruhani ilə telefon danışığı aparıb.

Bakı. 19 iyul. REPORT.AZ/ Qərb İranın Suriya və Yəmənlə bağlı siyasətinin dəyişməsini istəyir. "Report" RİA Novosti agentliyinə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın baş naziri Devid Kemeron deyib.

Kemeron bildirib ki, ötən gün İran prezidenti Həsən Ruhani ilə telefon danışığı aparıb və bildirib ki, rəsmi Tehran regiondaki siyasi prioritetləri yenidən dəyərləndirməlidir.

İranın nüvə proqramı üzrə əldə edilən razılaşmanı də qiymətləndirən Böyük Britaniyanın hökümət başçısı, "Bu razılaşma Tehranla hərbi münaqişədən daha yaxşı çıxış yoludur. Məncə bu optimal alternativdir", - deyə vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi