Devid Kemeron: İranın Suriya və Yəmənlə bağlı siyasətini dəyişməlidir

Devid Kemeron: İranın Suriya və Yəmənlə bağlı siyasətini dəyişməlidir Böyük Britaniyanın baş naziri bildirib ki, ötən gün İran prezidenti Həsən Ruhani ilə telefon danışığı aparıb.
Digər ölkələr
19 İyul , 2015 10:51
Devid Kemeron: İranın Suriya və Yəmənlə bağlı siyasətini dəyişməlidir

Bakı. 19 iyul. REPORT.AZ/ Qərb İranın Suriya və Yəmənlə bağlı siyasətinin dəyişməsini istəyir. "Report" RİA Novosti agentliyinə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın baş naziri Devid Kemeron deyib.

Kemeron bildirib ki, ötən gün İran prezidenti Həsən Ruhani ilə telefon danışığı aparıb və bildirib ki, rəsmi Tehran regiondaki siyasi prioritetləri yenidən dəyərləndirməlidir.

İranın nüvə proqramı üzrə əldə edilən razılaşmanı də qiymətləndirən Böyük Britaniyanın hökümət başçısı, "Bu razılaşma Tehranla hərbi münaqişədən daha yaxşı çıxış yoludur. Məncə bu optimal alternativdir", - deyə vurğulayıb.

Son xəbərlər

Orphus sistemi