Britaniya XİN rəhbərinin müavini "Brexit"ə görə istefa verib

Britaniya XİN rəhbərinin müavini "Brexit"ə görə istefa verib Böyük Britaniya xarici işlər nazirinin müavini Alister Bert hökumətin Brexit prosesinə nəzarət etmək səlahiyyətini parlamentə vermək niyyətinə qarşı səs vermək üçün istefa verib.
Digər ölkələr
26 Mart , 2019 04:06
Britaniya XİN rəhbərinin müavini Brexitə görə istefa verib

Böyük Britaniya xarici işlər nazirinin müavini Alister Bert hökumətin "Brexit" prosesinə nəzarət etmək səlahiyyətini parlamentə vermək niyyətinə qarşı səs vermək üçün istefa verib.

“Report” xəbər verir ki, bu barədə "Press Association"a istinadən "Reuters" məlumat yayıb.

Agentlikdən qeyd ediblər ki, səhiyyə nazirinin müavini Stiv Brayn da eyni niyyətlə öz postunu tərk edib.

Bu məsələ üzrə səsvermə parlamentin xeyrinə başa çatıb. İndi parlament bir həftə ərzində "Brexit"in necə həyata keçirilməli olduğunu müəyyən etməlidir.

Son xəbərlər

Orphus sistemi