Braziliya prezidenti könüllü istefa verəcəyini istisna edib

Braziliya prezidenti könüllü istefa verəcəyini istisna edib Prezidentin fikrincə, indiki impiçment prosesi dövlət çevrilişinə kiçik cəhddir
Digər ölkələr
23 Avqust , 2016 05:14
Braziliya prezidenti könüllü istefa verəcəyini istisna edib

Bakı. 23 avqust. REPORT.AZ/ Braziliyanın vəzifəsindən müvəqqəti kənarlaşdırılmış prezidenti Dilma Rousseff könüllü istefaya gedəcəyini istisna edib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, o, bu barədə braziliyalı jurnalistlərə müsahibəsində bildirib. 

"Mən heç vaxt dəsmalı rinqə atmayacağam. Hətta istefa verməyə minimal niyyətim belə yoxdur. Mən belə bir "hədiyyə" etməyəcəyəm", - deyə Roussef müsahibəsində qeyd edib.

Prezidentin fikrincə, indiki impiçment prosesi dövlət çevrilişinə kiçik cəhddir.

"Mən bu fırıldaqçı məhkəmənin qurbanıyam. Məhkəmə prosesində məqsəd isə yeni, saxta dövlət başçısını seçməkdir", - deyə " Telesur" telekanalı Rousseffdən sitat gətirib.

Prezident qeyd edib ki, hazırda dövlət başçısının səlahiyyətlərini icra edən vitse-prezident Mişel Темер nəinki onun özünü, həm də seçiciləri satıb.

Qeyd edək ki, Braziliya Senatı prezidentin impiçment məsələsinə avqustun 25-də baxacaq.

Son xəbərlər

Orphus sistemi