Yuxarı

Braziliya prezidenti könüllü istefa verəcəyini istisna edib

Prezidentin fikrincə, indiki impiçment prosesi dövlət çevrilişinə kiçik cəhddir

Bakı. 23 avqust. REPORT.AZ/ Braziliyanın vəzifəsindən müvəqqəti kənarlaşdırılmış prezidenti Dilma Rousseff könüllü istefaya gedəcəyini istisna edib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, o, bu barədə braziliyalı jurnalistlərə müsahibəsində bildirib. 

"Mən heç vaxt dəsmalı rinqə atmayacağam. Hətta istefa verməyə minimal niyyətim belə yoxdur. Mən belə bir "hədiyyə" etməyəcəyəm", - deyə Roussef müsahibəsində qeyd edib.

Prezidentin fikrincə, indiki impiçment prosesi dövlət çevrilişinə kiçik cəhddir.

"Mən bu fırıldaqçı məhkəmənin qurbanıyam. Məhkəmə prosesində məqsəd isə yeni, saxta dövlət başçısını seçməkdir", - deyə " Telesur" telekanalı Rousseffdən sitat gətirib.

Prezident qeyd edib ki, hazırda dövlət başçısının səlahiyyətlərini icra edən vitse-prezident Mişel Темер nəinki onun özünü, həm də seçiciləri satıb.

Qeyd edək ki, Braziliya Senatı prezidentin impiçment məsələsinə avqustun 25-də baxacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi