Bakı. 1 noyabr. REPORT.AZ/ Bu gündən Böyük Britaniyada həkim resepti ilə marixuana və tərkibində marixuana olan dərmanların satışına icazə verilir.
“Report” “İnterfax”a istinadən bu barədə xəbər verir ki, ötən ay Kanadada marixuananın sərbəst şəkildə xüsusi məntəqələrdə satışı barədə qanun qəbul edilmişdi.
Marixuananın qanuni satışının ilk tətbiq edildiyi ölkə isə 2013-ci ildən Uruqvaydır.