Yuxarı

Bolton Maduronu dəstəkləyən Venesuela hərbçilərini hədələyib

​Bolton Maduronu dəstəkləyən Venesuela hərbçilərini hədələyib

Bakı. 23 fevral. REPORT.AZ/ ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Venesuela prezidenti Nikolas Maduronu dəstəklədiklərinə görə ölkə hərbçilərini məsuliyyətə cəlb etmək niyyətində olduqlarını bildirib.

“Report” xəbər verir ki, Bolton bunu öz "Twitter" mikrobloqunda yazıb.

"Dünən Kolumbiya "Lima qrupu"nun Venesuela silahlı qüvvələrinə yönəlmiş humanitar kanalı bağlamamağa dair çağırışını dəstəkləyib. Maduronun zorakılıq etmə əmrlərinə tabe olanlar məsuliyyətə cəlb ediləcəklər", - deyə Bolton bildirib.

Daha əvvəl hindular Venesuelada milli qvardiyanın generalını əsir götürüblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi