Bolton Maduronu dəstəkləyən Venesuela hərbçilərini hədələyib

Bolton Maduronu dəstəkləyən Venesuela hərbçilərini hədələyib Bakı. 23 fevral. REPORT.AZ/ ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Venesuela prezidenti Nikolas Maduronu dəstəklədiklərinə görə ölkə hərbçilərini məsuliyyətə cəlb etmək niyyətində olduqlarını bildirib.
Digər ölkələr
23 Fevral , 2019 04:38
Bolton Maduronu dəstəkləyən Venesuela hərbçilərini hədələyib

Bakı. 23 fevral. REPORT.AZ/ ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Venesuela prezidenti Nikolas Maduronu dəstəklədiklərinə görə ölkə hərbçilərini məsuliyyətə cəlb etmək niyyətində olduqlarını bildirib.

“Report” xəbər verir ki, Bolton bunu öz "Twitter" mikrobloqunda yazıb.

"Dünən Kolumbiya "Lima qrupu"nun Venesuela silahlı qüvvələrinə yönəlmiş humanitar kanalı bağlamamağa dair çağırışını dəstəkləyib. Maduronun zorakılıq etmə əmrlərinə tabe olanlar məsuliyyətə cəlb ediləcəklər", - deyə Bolton bildirib.

Daha əvvəl hindular Venesuelada milli qvardiyanın generalını əsir götürüblər.

Son xəbərlər

Orphus sistemi