Yuxarı

Venesuelada hindular qvardiya generalını əsir götürüblər

Bakı. 23 fevral. REPORT.AZ/ Venesuelada pemon xalqının hinduları Braziliya ilə sərhəd yaxınlığında ölkə Milli Qvardiyasının generalı Xose Migel Montoyu əsir götürüblər.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Milli Assambleyanın deputatı Ameriko de Qarsiya "Twitter"də yazıb.

"Daha bir pemon (xalqın nümayəndəsi) Kumarakapayda vəfat edib. Digər üçü ağır yaralıdır. Yerli sakinlər Milli Qvardiyanın generalı Xose Migel Montoyu əsir saxlayırlar", - deyə Qarsiya bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi