Venesuelada hindular qvardiya generalını əsir götürüblər

Venesuelada hindular qvardiya generalını əsir götürüblər Bakı. 23 fevral. REPORT.AZ/ Venesuelada pemon xalqının hinduları Braziliya ilə sərhəd yaxınlığında ölkə Milli Qvardiyasının generalı Xose Migel Montoyu əsir götürüblər.
Digər ölkələr
23 Fevral , 2019 02:25
Venesuelada hindular qvardiya generalını əsir götürüblər

Bakı. 23 fevral. REPORT.AZ/ Venesuelada pemon xalqının hinduları Braziliya ilə sərhəd yaxınlığında ölkə Milli Qvardiyasının generalı Xose Migel Montoyu əsir götürüblər.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Milli Assambleyanın deputatı Ameriko de Qarsiya "Twitter"də yazıb.

"Daha bir pemon (xalqın nümayəndəsi) Kumarakapayda vəfat edib. Digər üçü ağır yaralıdır. Yerli sakinlər Milli Qvardiyanın generalı Xose Migel Montoyu əsir saxlayırlar", - deyə Qarsiya bildirib.

Son xəbərlər

Orphus sistemi