Yuxarı

Boliviyada avtobus yük maşını ilə toqquşub, 24 nəfər ölüb

Bakı. 18 fevral. REPORT.AZ/ Bazar ertəsi Boliviyanın qərbində avtobus ilə yük maşınının toqquşması nəticəsində azı 24 nəfər ölüb, daha 16 nəfər yaralanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə EFE nəşri məlumat yayıb.

Yaralılar Oruro şəhər xəstəxanalarına çatdırılıb. Onlardan bəziləri ağır vəziyyətdədir.

İlkin məlumatlara görə, avtoqəza hava şəraitinin pis olması səbəbindən baş verib. Qəzanın olduğu ərazidə güclü yağış yağıb.

Daha əvvəl ABŞ-da avtobus qəzaya uğrayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi