Yuxarı

BMT baş katibi ABŞ və Türkiyənin Suriya üzrə razılaşmasını alqışlayıb

​BMT baş katibi ABŞ və Türkiyənin Suriya üzrə razılaşmasını alqışlayıb

BMT baş katibi Antoniu Quterreş bildirib ki, Suriyanın şimalında türk əməliyyatının dayandırılması haqqında ABŞ və Türkiyənin razılaşmaları kontekstində gərginliyin azaldılması üzrə istənilən səyləri alqışlayır.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə BMT baş katibinin ofisinin bəyanatında deyilir.

"Baş katib ABŞ və Türkiyə arasında bugünkü danışıqlardan məlumatlıdır. Baş katib vəziyyətin deeskalasiyası və mülki şəxslərin müdafiəsi üzrə BMT Nizamnaməsinə və beynəlxalq humanitar hüquqa uyğun olan istənilən səyləri alqışlayır", - deyə BMT baş katibinin ofisinin bəyanatında bildirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi