Birləşmiş Ərəb Əmirliklərinə qar yağıb

Birləşmiş Ərəb Əmirliklərinə qar yağıb Qar Ras əl-Xayma əmirliyinin dağlıq ərazilərinə yağıb
Digər ölkələr
20 Fevral , 2017 14:05
Birləşmiş Ərəb Əmirliklərinə qar yağıb

Əbu-Dabi. 20 fevral. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Ras əl-Xayma əmirliyinə qar yağıb.

"Report"un Əbu-Dabiyə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, yerli sakinlər qarın əmirliyin dağlıq ərazilərinə yağdığını bildiriblər.

Qeyd edək ki, bugünlərdə BƏƏ-də region üçün qeyri-adi soyuq hava müşahidə olunur. Şimaldan gələn siklon nəticəsində havanın temperaturu 10 dərəcədən çox azalıb.

Eyni zamanda, bu gün Dubay və Əbu-Dabi şəhərlərində qısamüddətli yağış yağıb.

Son xəbərlər

Orphus sistemi