​Batumi şəhər valisinin müavini döyülüb

​Batumi şəhər valisinin müavini döyülüb Məmura xəsarət yetirən girov qarşılığında zaminə buraxılıb
Digər ölkələr
8 Mart , 2016 11:24
​Batumi şəhər valisinin müavini döyülüb

Bakı. 8 mart. REPORT.AZ/ Gürcüstanın Batumi şəhər valisinin müavini Baqrat Manveladze bir gənc tərəfindən döyülərək, təhqirə məruz qalıb.

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu haqda Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, valinin müavini ilə gənc kişi arasındakı mübahisə məmurun fiziki təzyiqə məruz qalması ilə nəticələnib.

Gürcüstan Daxili İşlər Nazirliyi hadisə ilə bağlı "döyülmək" maddəsi ilə cinayət işi açıb. Polis bir nəfəri tutub. Sonradan o, girov qarşılığında zaminə buraxılıb.

Son xəbərlər

Orphus sistemi