Avropa komissarı: "Aİ və Türkiyə arasındakı miqrasiya sazişi nəticə verir"

Avropa komissarı: "Aİ və Türkiyə arasındakı miqrasiya sazişi nəticə verir" "Türkiyədən Yunanıstana miqrant axını az olaraq qalır"
Digər ölkələr
2 Mart , 2017 15:25
Avropa komissarı: Aİ və Türkiyə arasındakı miqrasiya sazişi nəticə verir

Bakı. 2 mart. REPORT.AZ/ Avropa İttifaqı (Aİ) və Türkiyə arasındakı miqrasiya sazişi nəticə verir.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının daxili işlər, miqrasiya və vətəndaşlıq məsələləri üzrə komissarı Dimitris Avramopoulos bildirib.

Onun sözlərinə görə, Türkiyədən Yunanıstana miqrant axını az olaraq qalır.

"Miqrasiya sazişi nəticə verir. Bir il əvvəl Yunanıstan gələn mühacirlərin sayı gündə orta hesabla 1700 nəfər idisə, bu gün orta günlük göstərici 47-yə bərabərdir" - Aİ komissarı Brüsseldə jurnalistlərə deyib.

Son xəbərlər

Orphus sistemi